UEFA Türkiyə Futbol Federasiyasına vaxt verib
11.07.2011 - 14:04
UEFA Türkiyə Futbol Federasiyasına vaxt verib
UEFA Türkiyə Futbol Federasiyasına (TFF) vaxt verib. Apasport.az saytının məlumatına görə, TFF danışılmış oyunlarla bağlı araşdırmaya görə növbəti mövsümdə avrokuboklarda təmsilçilərinin siyahısını hələ də qitə futbol qurumuna təqdim etməyib. Ancaq bu, hazırkı həftədə mütləq edilməlidir. Çünki iyulun 15-də Çempionlar Liqası və Avroliqanın III təsnifat mərhələsinin püşkü atılacaq. Ona görə də UEFA ən uzağı cümə gününə kimi bunun edilməsi ilə bağlı TFF-i xəbərdar edib.

Qeyd edək ki, ötən mövsüm danışılmış oyunlarda şübhəli bilinərək, həbs olunanlar arasında çempion “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım, gümüş medalçı “Trabzonspor”un prezidenti Sədri Sener, TFF-in keçmiş əməkdaşı Levent Kızıl da var.