“Azərbaycanla oyunumuz Hiddinkin komandanı idarə etməyə imkanının olmadığını göstərdi”
11.07.2011 - 13:55
“Millimizin seçmə mərhələdə Almaniya və Azərbaycanla, habelə Sloveniya yığması ilə pley-off oyunları Qus Hiddinkin komandanı idarə etməyə imkanının olmadığını göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının sabiq baş məşqçisi Anatoli Bışovets deyib. Millisini çalışdırmış hollandiyalı həmkarı Qus Hiddinki tənqid edən təcrübəli mütəxəssis Azərbaycan yığması DÇ-2010-un seçmə mərhələsində Bakıda 1:1 hesabı ilə nəticələnən rəsmi oyunu xatırlayıb.
Bışovetsin fikrincə, Hiddinkin heyətə yeni futbolçular cəlb etməməyi final mərhələsinə vəsiqə qazana bilməməklərinin əsas səbəblərindəndir: “Görünür, o, yeni futbolçuların cəlb edilməsinin sayəsində yığmanın heyətinin gücləndirilməsi anını əldən buraxıb. Yığma inersiya ilə oynamaqda davam edirdi. Halbuki dəyişiklər lazım idi. Bu, rəqabəti gücləndirə bilərdik. Bir sözlə, milliyə yeni nəfəs gətirmək tələb olunurdu”.
Qeyd edək ki, Bışovets həmyerlimiz İqor Ponomaryov SSRİ yığmasının heyətində 1988-ci ildə Seul Olimpiadasının qalibi olduğu zamanı baş məşqçisi olub.

0
0