Əfsanəvi futbolçunun sürücülük vəsiqəsi əlindən alındı
11.07.2011 - 15:15
Braziliya futbolunun əfsanələrindən sayılan Romario xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Braziliya milli komandasının sabiq futbolçusu sürücülük vəsiqəsindən məhrum olub. Dünya çempionu və Amerika kubokunun 2 qat qalibi spirtli içki qəbul edib-etməməklə bağlı test verməkdən imtina etdiyi üçün cəzaya məruz qalıb. Sürücülük vəsiqəsi əlindən alınan Romario 605 dollar cərimə də ödəməli olacaq.
Qeyd edək ki, Rio-de-Janeyro şəhərində saxlanılan əfsanəvi futbolçu hazırda Braziliya parlamentinin deputatıdır.
Qeyd edək ki, Rio-de-Janeyro şəhərində saxlanılan əfsanəvi futbolçu hazırda Braziliya parlamentinin deputatıdır.
- Keyn "Bavariya" ilə "yola davam" dedi - RƏSMİ
- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
0
0