Xorvatiyalılar “Neftçi”ni görmək üçün növbəyə dayanıb – FOTOSESSİYA
11.07.2011 - 15:33
Çempionlar Liqasının II təsnifat mərhələsinin iyulun 13-də “Neftçi” ilə keçiriləcək oyunu ərəfəsində Xorvatiya çempionu “Dinamo” biletləri satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, bilet satışı bu gün səhər saat 9-da başlamalı olsa da Zaqreb təmsilçisinin azarkeşləri bir neçə saat əvvəldən “Maksimir” stadionunun kassalarının qarşısını kəsiblər. Ağlasığmaz növbələr görən stadion rəhbərliyi kassirləri satışı vaxtından əvvəl başlamağı tapşırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, yeni təmirdən çıxan “Maksimir” stadionu 38923 tamaşaçı tutur.
Qeyd edək ki, yeni təmirdən çıxan “Maksimir” stadionu 38923 tamaşaçı tutur.
0
0