“Rəşad Sadıqov onda həqiqətən “Kayserispor”da sevilən adlardan idi”
11.07.2011 - 16:15
“Qarabağ”ın türkiyəli yeni məşqçisi Uğur Kulaksız klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, uşaq futboluna rəhbərlik edən təcrübəli həmkarı Həmdi Sərpil Tüzünün köməkçisi olacaq “Kayserispor”un sabiq kapitanı karyerası, “Qarabağ”a gəlişi, hədəfləri haqda danışıb.
- Uğur hoca, özünüz haqqında məlumat verərdiniz...
- 1974-cü ildə Konyada anadan olmuşam. Futbola elə orada başlamışam. 18 yaşım olan “Ereğlispor”da peşəkar futbol həyatına başlamışam. Eyni zamanda da universitetdə idman bölümünə daxil oldum. Amma futbol eşqi məni rahat buraxmırdı. Sonradan “Kayseripsor”a transfer oldum və uzun illər orda oynadım, kapitanlığa qədər yüksəldim. Karyeramı Kayserinin başqa bir komandası olan “Kayseri Şəkərspor”da bitirdim.
- Tərcümeyi-halınıza nəzər salarkən, futbolçu karyeranızı erkən bitirdiyinizi görürük.
- Hə, elədi. Təhsilə üstünlük verməyim, eləcə də başqa səbəblər futboldan tez ayrılmağıma səbəb oldu.
- Məşqçiliyə necə başladınız?
- Demək olar ki, məşqçilik haqqında həmişə fikirləşmişəm. Elə oxuya-oxuya fərqli komandaları çalışdırmışam. “Kayserispor”un aşağı yaş qruplarından əvəzedicilərə qədər pillə-pillə irəlilədim. Ardınca “Erciyesspor” 1-ci liqada oynayanda yardımçı məşqçi olmaq təklifi gəldi və mən də razılaşdım.
- Bəs “Qarabağ”a gəlişiniz necə oldu?
- “Qarabağ”ın uşaq futbolunda dünyanın seçilən məşqçilərindən olan Həmdi Sürpil Tüzün çalışır. O, bütün gənc türk məşqçilər üçün bir simvoldur. Onunla görüşməmiz oldu və mənim “Qarabağ”a gəlişim reallaşdı.
- Daha öncə Azərbaycan haqqında bir bilginiz var idi?
- Hə, mən “Kayserispor”un əvəzedicilərini çalışdırarkən, Rəşad Sadıqov o zaman bizim əsas komandada top qovurdu. Rəşadla yenidən burda görüşməyimə şad oldum. O zaman həqiqətən “Kayserispor”da sevilən adlardan idi.
- İndi Türkiyədə tanınan futbolçulardan hansılarla işləmisiz?
- İlhan Parlak və Abdullah Durak mənim yetirmələrim olub.
- Artıq “alt yapı”yla tanış olmusuz?
- Məşqçilərlə tanış olmuşam. Məni olduqca isti qarşıladılar. Buna görə onlara öz təşəkkürümü bildirirəm.
- “Qarabağ” hər zaman öz yetirmələrinə üstünlük verir. Bu nə dərəcədə sizin üçün önəmlidir?
- Əlbəttə, bu uşaqlarla işləyən məşqçi üçün çox böyük üstünlükdü. Öz yetirmələrinlə işləmək həm maddi cəhətdən kluba üstünlük verir, həm də uşaqlara artıq əsas komadada oynayanları örnək göstərərək motivasiya edə bilirsən. Ona görə də bunun özü belə gözəl bir şansdı. Qurban Qurbanovun daim gənclərə şans verməsi, ümumilikdə futbolun inkişafı üçün çox önəmlidir. Axı, son 3 ildə “Qarabağ”ın Avropada gənclərlə uğur qazanması doğru olan yolu göstəricisidir.
- “Qarabağ”da hədəfləriniz nədi?
- Xüsusilə, onu qeyd etmək istəyirəm ki, bazada insanlarla danışarkən və ümumi ab-havadan hiss edirsən ki, “Qarabağ”ın özəl bir ruhu var. Özünü bu ailədən hiss etmək insana xüsusi bir güc verir. Mən də var gücümlə çalışacağam ki, “Qarabağ”da yeni futbolçuların yetişdirilməsində faydalı olum. Hiss olunur ki, klubun bəlli bir strategiyası var. Və bu yolda səbirlə irəliləyirlər. İnsanın nəyə xidmət etdiyin bilməsi çox vacibdir. Mən də doğru yolda addımladığıma əminəm.
- “Qarabağ”da hansı vəzifəni tutacaqsız?
- Hələlik hansısa yaş qrupu mənə tapşırılmayıb. Əsas işim Sərpil hocanın yardımçısı kimi bütün hər şeyə nəzarət etməkdir. Amma hansı iş verilirsə, ən yaxşısını etməyə çalışacağam.

0
0