Valentin İvanov: Bu, hakimləriniz üçün bəhanə olmamalıdır
11.07.2011 - 16:40
Rusiyanın ən yaxşı FİFA hakimlərindən, dünya çempionatının rekordçusu olan Valentin İvanovun apasport.az saytının Minskə ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi
- Minskin “Dinamo” stadionundan izlədiyiniz “Minsk” – AZAL oyunu sizdə hansı təəssürat oyatdı?
- İlk hissə maraqsız oldu. Bunu da oyunun ləng getməsi ilə əsaslandırardım. Futbolçular meydanda elə də sürətlə oynamırdılar. Nəticədə oyunun səviyyəsi bir az aşağı oldu. Əgər elə də sürətlə oynamırsansa, deməli, səviyyə bir az aşağıdır, yaxud əksinə. Burada isə oyun daha çox rahat tempdə keçir. Onu nəzərə alsaq ki, burada stadionda çox sakitlikdir və tribunalarda insanlar azdır, bu, rəsmi oyundan daha çox yoldaşlıq görüşünə bənzəyir. Hər halda, stadionda atmosfer də çox vacibdir.
- Demək istəyirsiniz ki, “Minsk” komandamızdan daha sürətli oynadı?
- “Minsk” sizin komandanın fonunda sürətli oynayır. Mən elə düşünmürəm ki, onlar çox sürətli oynayırlar. Sadəcə, sizinkilər çox asta oynayırlar. Hər halda, fasiləyədək belə idi. Ancaq ikinci hissədə fərqli oyunu izlədik. Maraqlıdır ki, komandanız meydanda 10 nəfərlə qalandan sonra daha yaxşı təsir bağışladı. Meydanda mübarizlik, sürətli oyun nümayiş etdirdi. Bax, belə futbol oynamaq lazım idi. Qəribə görünsə də, futbolçunuzun qırmızı vərəqə alaraq, meydandan çıxarılması komandanızın işinə yaradı. O, komandasının daha yaxşı oynamağına kömək oldu.
- Yəqin ki, siz Nazim Süleymanovun baş məşqçisi olduğu komandadan daha aqressiv oyun gözləyirdiniz? Hər halda, Süleymanovun özü cəld, sürətli hücumçu olub...
- Siz deyən kimidir. Mən Süleymanovun komandanızdan aqressiv oyun gözləyirdim. Ümumiyyətlə, prinsipcə, azərbaycanlı futbolçular həmişə daha çox hücum etməyə kökləniblər. Burada isə elə də çox müasir oynamırlar. Hər halda, ilk hissədə meydanda gərginlik görmədim.
- Bəlkə bütün bunların nəticəsidir ki, ilk hissədə cəmi 1 sarı vərəqə göstərildi?
- Siz haqlısınız. Prinsipcə, elədir.
- Ümumiyyətlə, bolqar hakimlərin idarəçiliyini necə qiymətləndirərdiniz?
- Normal. İlk hissədə onun işi az oldu. Elə bir mübahisəli vəziyyət olmadı.
- Bəs 46-cı dəqiqədə müdafiəçimiz Usim Ndukaya göstərdiyi birbaşa qırmızı vərəqini düzgün sayırsınız?
- Məncə, bu, düzgün qərar idi. Futbolçunuz son ümid folu kimi rəqibi yıxdı və bu, qaydaya görə birbaşa qırmızı vərəqə idi. Fikrimcə, hakimlər oyunun nəticəsinə təsir edən səhvlərə yol vermədi.
- Maraqlıdır, Azərbaycan futbolu, hakimləri haqda hansı məlumata maliksiniz?
- Sözün açığı, az informasiyam var, çox şey bilmirəm. Mən futbol oynayanda Azərbaycanda olmuşam. Hakimliyə başladığımız zamanı isə biz artıq başqa ölkələr idik. Ümid edirəm ki, yaxın gələcəkdə Belarusa olduğu kimi, Azərbaycanda belə seminar keçirəcəyəm. Onda azərbaycanlı hakimlərlə daha yaxından tanış olub, onların səviyyəsi haqda dəqiq fikrim olacaq. Azərbaycanlı hakimləri görmədən onların səviyyəsinə qiymət verə bilmərəm.
- Bu seminarı Belarus Futbol Federasiyası təşkil etmişdi?
- Yox. Bu FİFA ilə onun birgə təşkil etdiyi yerli hakimlər üçün seminar idi və mən də beynəlxalq dərəcəli hakim bunda iştirak etdim. Ümumiyyətlə, biz Avropa boyu gəzərək, təşkil olunan belə seminarlarda iştirak edirik.
- Süleymanovu Rusiyada oynadığı vaxtdan tanımalısınız?
- Bəli-bəli. Onun “Alaniya”da oyununu xatırlayıram.
- Keçmiş futbolçumuz yadınızda necə qalıb?
- Elə məhz Nazim hücumda texnikalı və yetərincə aqressiv idi. Hesab edirəm ki, Süleymanov yaxşı futbolçu olub.
- Onun hakimlərlə bağlı problemi olmayıb. Səhv etmirəmsə, qırmızı vərəqə almayıb...
- Açığı, bu, yadımda deyil. Əgər Süleymanovun hakimlərlə problemi olsaydı, yəqin ki, yadımda olardı (gülür). Bunu xatırlamıramsa, deməli, problemi olmayıb.
- Rusiya çempionatında digər futbolçularımızdan kimi xatırlayırsınız?
- Onların sayı az olub. Siz onları mənə xatırladardınız...
- Mahir Şükürov ötən il “Anji”də oynayırdı...
- (fikirləşir)
- Vaqif Cavadov bir neçə gün öncə Nijni-Novqorodun “Volqa” klubuna keçdi...
- Aha.
- Belə görürəm ki, azərbaycanlı futbolçuları demək olar tanımırsınız...
- Bəli, indiki futbolçularınızı pis tanıyıram.
- Bəs keçmiş futbolçularımızdan?
- Siz ad çəkin, mən deyim?
- Misal üçün Vəli Qasımov, Dmitri Kramarenko...
- Əlbəttə, onları tanıyıram. Qasımov yaxşı hücumçu, Kramarenko yaxşı qapıçı olub.
- Bəs Rusiya çempionatında ən çox oyun keçirən legioner kimi rekordçu olan Emin Ağayevi necə?
- Emin Ağayev?
- Ağayev Rusiya Premyer Liqasında “Torpedo-ZİL”də oynayıb...
- Doğrudan? Ciddi deyirsiniz? Bunu öyrəndim. Açığı, soyadı mənə tanışdır, ancaq oyununu xatırlamıram.
- Azərbaycanlı futbolçuya sarı vərəqə göstərdiyiniz yadınıza gəlir?
- (gülür) Mənim rusiyalı futbolçulara verdiyim sarı vərəqələr yadımdan çıxır. Bu, nə vaxt, çoxdan olub.
- Artıq 5 ildir beynəlxalq karyeranızı bitirmisiniz...
- Bilirsiniz, mən hakimliyi qurtaranda demək olar bütün oyunları izləyirdim. Ancaq mən hakimlərin necə idarəçilik etdiyinə baxırdım. Açığı, futbolçulara elə də diqqət yetirmirdim. Mən futbola baxarkən, hakimliyə qiymət verirdim.
- Məncə, Azərbaycan komandalarının oyunlarını idarə etməmisiniz?
- Azərbaycan? (bir neçə saniyə düşünür). Yox-yox, komandalarınızın oyunlarında hakim olmamışam.
- Siz daha çox yüksək səviyyəli turnirlərdə - Çempionlar Liqasında qrup mərhələsinin, Avropa və dünya çempionatının final mərhələlərində idarəçilik etmisiniz. Bizimkilər isə orada iştirak edə bilməyiblər...
- Mən bunun səbəbini deyə bilmərəm. Ümumiyyətlə, azərbaycanlı futbol adamlarının ad-soyadları yadımda çətin qalır.
- “Neftçi”nin keçmiş futbolçusu Asim Xudiyev ilk FİFA referilərimizdən olub, karyerası bitirdikdən sonra isə UEFA-nın hakim-inspektorudur...
- Asim Xudiyevin adını eşitmişəm. Ancaq onunla elə tanış deyiləm. Yadımdadır, milli assosiasiyaların hakim təlimatçılarının seminarı zamanı Xaqani Məmmədovla görüşmüşəm.
- Xudiyevlə birgə ilk FİFA referilərimizdən olan Xaqani Məmmədov AFFA-nın Hakimlər Komitəsinin sədridir...
- Biz məhz onunla yaxın vaxtda FİFA və AFFA ilə birgə seminar keçirməyi haqda söhbətləşmişik. Belə bir kursu Azərbaycanın hər hansı bir yerində keçirə bilərik.
- Sizcə, çempionatımızın səviyyəsi aşağı olduğuna görə hakimlərimiz daha məsul oyunlara təyinat almırlar?
- Mən sizin çempionatınızın səviyyəsi haqda mühakimə yürüdə bilərəm. Gərək bunun üçün çempionatımızın oyunlarını görəsən. Onda deyə bilərsən ki, səviyyə aşağıdır, yoxsa yuxarıdır. Siz öz çempionatınızın səviyyəsi haqda mühakimə yürüdə bilərsiniz. Götürün, son dünya çempionatının yarımfinal oyunlarını. Biri Özbəkistandan Rövşən İrmatov, digəri də Macarıstandan Viktor Kaşşai idi. Siz Macarıstan çempionatının səviyyəsi haqda nəsə bilirsiniz? Elə mən də elə də bilmirəm.
- Milli komandamızın oyunlarını idarə edən Alan Hammerin təmsil etdiyi Lüksemburq futbolu Avropada ən zəiflərdəndir. Onların çempionatı bizdən zəifdir...
- Ancaq o, Fransa çempionatında bir neçə oyun idarə edib.
- Bir sözlə, hakimin özündən çox şey asılıdır...
- Əlbəttə ki, belədir. Baxın, elə də böyük olmayan ölkələrin hakimləri beynəlxalq miqyasda böyük uğurlar əldə edirlər. Təbii ki, mən futbol ölkələrini nəzərdə tuturam. Bilirsiniz, bu, daha çox bəhanədir və hakimləriniz üçün olmamalıdır. Kim ki, yüksək səviyyədə oyun idarə edə bilmirsə, deyirlər ki, bizdə çempionatın səviyyəsi aşağıdır. Halbuki bu, belə olaraq məsul oyun idarə etmək mümkündür. Sadəcə, müvafiq səviyyədə hakim olmaq lazımdır. Yəni futbolun yox, daha çox hakimliyin səviyyəsinin tələblərinə cavab verməlisən.
- Sonda hakimlərimizə nə tövsiyə edərdiniz?
- İlk növbədə öz üzərlərində çox çalışsınlar. Mən tövsiyə edərdim ki, əgər bu işlə məşğulsansa, boş-boşuna vaxt itirmək lazım deyil. Meydana çıxanda səviyyəni göstərməlisən. Bu, istənilən insanın normal arzusudur ki, nə iləsə məşğul olmağa başlayanda, maksimum əldə etmək istəyirsən. Əks təqdirdə niyə bununla məşğul olursan? Maksimuma çatmaq üçün işləməlisən.
- Bir də ingilis dilini bilməlisən...
- Əlbəttə. Necə kimi test normativlərini verməlisən, eləcə də ingilis dilini yaxşı bilməlisən.
Mehman SÜLEYMANOV

0
0