Sergey Yuran Azərbaycanın I divizion klubunun baş məşqçisi təyin olunub
11.07.2011 - 17:35
Tanınmış rusiyalı futbolçu Sergey Yuran Azərbaycandan gələn dəvəti qəbul edib. Apasport.az saytının məlumatına görə, 42 yaşlı Yuran məşqçilik karyerasını ölkəmizdə, I divizion təmsilçisi olan Zaqatalanın “Simurq” klubunda davam etdirməyə qərar verib. Onunla neçə illik müqavilə bağlanması açıqlanmır. “Simurq” 2006-cı ildən güclülər dəstəsində çıxış etsə də, ötən mövsümün yekununa görə 11-ci yeri tutaraq, I diviziona düşüb.
Son iş yeri Qazaxıstan olan Yuran Astananın “Lokomotiv” klubundan 2009-cu ilin payızında istefaya göndərilib. O, Moskva “Spartak”ında və Kiyev “Dinamo”sunda çıxışı ilə tanınıb, habelə Portuqaliyada “Benfika” klubunda oynayıb. SSRİ, MDB və Rusiya yığmasının şərəfini qorumuş Sergey ümumilikdə 40 oyun keçirib və 7 qol vurub.
2001-ci ildə futbolçu karyerasını bitirən Yuran məşqçilikdə ilk addımlarını “Spartak”ın gənclərdən ibarət komandasında atıb. Özünün dediyinə görə, bundan sonra əsas komandanı çalışdırmaq təklifi alsa da, bunu qəbul etməyib. 2003-cü ildə “Spartak”ından məşqçilər korpusundan azad olunan keçmiş hücumçu bir neçə Rusiya, habelə Latviyada “Ditton”, Estoniyada TFMK klubunu çalışdırıb.
Qeyd edək ki, ”Simurq”un ötən mövsüm baş məşqçisi makedoniyalı Qyoko Hacıyevski olub. Buna qədərsə komandanı 4 il milli çempionatımızda ukraynalı Roman Pokora çalışdırıb. Yuran da milliyətcə ukraynalı olduğundan, onu Pokoranı həmyerlisi saymaq olar.

0
0