“Qarabağ” Farer adalarına itki ilə yollandı
12.07.2011 - 08:56
Avroliqanın ikinci mərhələsində Farer adalarının “Streymur” klubunun qonağı olacaq Ağdamən “Qarabağ” komandası bu səhər Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, səhər saatlarında Bakı – İstanbul – Kopenhagen reysiylə yola düşən təmsilçimiz Danimarkanın paytaxtından adaya yollanacaq. Ağdamlılar Farer adalarının paytaxtı Torshavna keçəcək.
Bir günü yolda keçirəcək komanda növbəti gün məşqə çıxacaq. “Qarabağ” oyunun keçiriləcəyi stadionda yerli vaxtla 18:00-da (Bakı vaxtıyla 22:00-da) hazırlıq keçəcək. Təmsilçimiz Farer adalarına son məşqdə zədələnmiş Tural İsgəndərovsuz yollanıb.
Qeyd edək ki, Avroliqanın 2-ci mərhələsində “Streymur” – “Qarabağ” oyunu iyulun 14-də Bakı vaxtıyla 23:00-da baş tutacaq.
Mənbə: qarabagh.com

0
0