Azərbaycan komandaları Vladiqafqaz stadionunda oynaya bilməyəcəklər
12.07.2011 - 09:04
Azərbaycan komandaları Vladiqafqaz stadionunda oynaya bilməyəcəklər
Rusiyanı Avroliqa təmsil edən “Alaniya” klubu təmsil etdiyi Vladiqafqazda rəqiblərini qəbul edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, Şimali Osetiyanın paytaxtındakı stadion UEFA-nın lisenziyalaşdırılmasından keçə bilməyib. Bu üzdən FİFA arenaya avrokubok oyunları keçirmək üçün sertifikat verməyib.

Hələ ötən cümə axşamı UEFA-nın nümayəndələri Vladiqafqaza ikinci səfər ediblər. Onlar maydakı ilk səfərlərindən sonra bir sıra iradlar bildirmişdilər. “Alaniya”nın prezidenti Valeri Qazzayev çatışmazlıqların aradan qaldırılması yönündə aktiv çalışdıqlarını əmin etmişdi. Ancaq göründüyü kimi, “Alaniya”nın cəhdləri UEFA-nı fikrindən daşındırmağa inandıra bilməyib.

Artıq UEFA Vladiqafqazda avrokubok oyunlarının keçirilməsinə qadağa qoyması ilə bağlı rəsmi məktubu kluba və Rusiya Futbol İttifaqına göndərib. “Alnaiya”nın sifariş vərəqəsində ehtiyat stadionu Moskvaətrafındakı “Ximki Arena” sayılır.

Qeyd edək ki, Rusiya çempionatının I divizion təmsilçisi olan, ölkə kubokunun finalçısı kimi Avroliqada oynamaq hüququ qazanan “Alaniya” Avroliqanın III təsnifat mərhələsindən potensial rəqiblərimizdəndir.