Türkiyədə 8 qol vuran təmsilçimiz Bakıya qayıdır
12.07.2011 - 09:13
Türkiyənin İsparta şəhərində məskunlaşan "İnter" toplanışın axırıncı məşqini keçirib. Apasport.az saytının məlumatına görə, hazırlıq planına əsasən komanda son gün ərzində 1 məşq keçirməli idi. Səhər saatlarında baş tutan məşqdə komanda əsasən fiziki hazırlıq üzərində çalışıb. Beləliklə, iyunun 24-dən Türkiyənin İsparta şəhərində məskunlaşan "İnter" təlim-məşq toplanışını başa vurub.
Qeyd edək ki, 18 gün davam edən toplanış çərçivəsində komandamız 3 yoxlama ğörüşü keçirib. Bu oyunlarda "İnter" 1 qələbə qazanıb, 1 dəfə heç-heçə edib və 1 dəfə məğlub olub. 3 görüşdə təmsilçimiz 8 qol vuraraq öz qapısında 5 top görüb. Kaxaber Sxadadzenin yetirmələri bu gün vətənə qayıdır.

0
0