“Tofiq Mustafayev gələndən sonra yüksək səviyyədə məşqlər keçirik”
12.07.2011 - 09:22
“Tofiq Mustafayev gələndən sonra yüksək səviyyədə məşqlər keçirik”
“Yeni baş məşqçimiz Tofiq Mustafayev keçdiyi məşqlərdən razıyam. Tofiq müəllim gələndən sonra yüksək səviyyəli məşqləri keçirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in əvəzedici komandasının futbolçusu Əbülfəz Hüseynli klubun rəsmi saytına açıqlamasında deyib. Gənc futbolçu baş məşqçi postunda dəyişiklikdən sonra – yeni çalışdırıcı Tofiq Mustafayevin rəhbərliyi altında Qusarda yüksək səviyyədə təlim-məşq toplanışı keçirdiklərinmi bildirib: “Belə hazırlıq komandanın növbəti mövsümdə layiqli iştirak edəcəyinə zəmanət verir. Altı ay zədə üzündən məşqlərdən uzaqlaşmışdım, oyunlara qatılıb komanda yoldaşlarıma kömək edə bilmədim. Qusarda keçirilən yay təlim-məşq toplanışındasa bərpa məşqlərinə başlamışam. Həm də heç bir ağrı hiss etmirəm. İkinci təlim-məşq toplanışında komanda ilə bütün məşqlərə qatılacağam və qarşıdan gələn mövsümdə komanda üçün məhsuldar futbolçu olmağa çalışacağam”.

Hüseynli komandaya yeni qatılan futbolçular haqda fikirlərini bildirib: “Bəyəndiyim 3-4 futbolçunun adını çəkə bilərəm. Onlar məşqlər zamanı düz ötürmələri və yoldaşları başa düşməkləri ilə fərqlənirlər. Digərlərini nəzərə alsaq ki, “İnter” Uşaq Gənclər Futbol Məktəbindən gəliblər. O zaman onlara ruhdan düşməməyi məsləhət görürəm. Düşünürəm ki, onların gələcəyi irəlidədir”.

Qeyd edək ki, Mustafayev “Neftçi” və “Xəzər Lənkəran”in məşqçisi kimi Azərbaycan çempionu olub.