Dieqo Maradonanın idarə etdiyi avtomobil avtobusla toqquşdu
12.07.2011 - 09:30
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, Dubayın “Əl-Vasl” klubunun 51 yaşlı baş məşqçisi Argentinanın paytaxtı Buenos-Ayresin kənarında – Eseys adlanan məkanın yaxınlığında qəza ilə üzləşib.
Hadisə ötən gecə, argentinalının yaşadığı evin yaxınlığında – Trebol məhəlləsində baş verib. Maradonanın idarə etdiyi “Honda” markalı avtomobil “Sol” nəqliyyat şirkətinin avtobusu ilə toqquşub. Dizindən xəsarət alan Maradona müayinə olunmaq üçün xəstəxanaya aparılıb. Avtomobildə olan baş məşqçinin həyat yoldaşı Veronika Oxeda da yüngül xəsarət alıb.
Xəstəxananın direktoru Oskar Silo bildirib ki, Maradona və Oxedanın vəziyyəti yaxşıdır və həyatları üçün heç bir təhlükə yoxdur. Onlar müayinə olunduqdan sonra evlərinə yollanıblar. Yerli mətbuatın bildirdiyinə görə, Maradona qəza zamanı Los-Arkosda xəstəxanaya, orada bir həftədir ağır vəziyyətdə olan anasının yanına yollanırmış.
Qeyd edək ki, bu, Maradona düşdüyü 2-ci avtomobil qəzasıdır. O, hələ 2000-ci ilin sentyabrında Kubanın paytaxtı Havanada avtobus qəzasının iştirakçısı olub. Həmin vaxt Maradona topuğu və sol dizini zədələyib.

0
0