TFF danışılmış oyunlarda iştirak edənlərlə bağlı qərar çıxardı
12.07.2011 - 09:43
TFF danışılmış oyunlarda iştirak edənlərlə bağlı qərar çıxardı
Türkiyə Futbol Federasiyası (TFF) Çempionlar Liqasına vəsiqə qazanan təmsilçiləri – “Fənərbaxça” və “Trabzonspor” klubları haqda qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, qurum hər 2 komanda ilə cəza tədbirləri görməməyi qərara alıb. Bununla da “Fənərbaxça” birbaşa ÇL-in qrup mərhələsində, “Trabzonspor” isə son təsnifat mərhələsində oynaya biləcək.

Məlum olduğu kimi, hər 2 klub danışılmış oyunlarla bağlı Türkiyədə yaranan qalmaqallı hadisələrin əsas mərkəzindədir. “Fənərbaxça” və “Trabzonspor”un prezidentləri – Əziz Yıdlrıımla Sədri Sener danışılmış oyunların təşkilində şübhəli kimi həbs olunublar. Ancaq bununla belə, TFF istintaqın sonuna və bukmeker fırıldaqları bağlı işin məhkəməyə verilənə kimi hazırkı çempion və gümüş medalçı ilə bağlı cəza ölçüsü götürməyəcəyini elan edib. Bundan əlavə, qurum əvvəldən də planlaşdırıldığı kimi, avqustun 5-də Superliqada növbəti mövsümün başlayacağını təsdiqləyib.