Messinin komandası biabırçılıqdan qurtuldu
12.07.2011 - 10:16
Messinin komandası biabırçılıqdan qurtuldu
Argentinada təşkil olunan Amerika kubokunda daha bir 1/4 finalçının adı məlum olub. Apasport.az saytının məlumatına görə, A qrupunda keçirilən son oyunda meydan sahibləri Kosta-Rika ilə görüşüb. Lionel Messinin komandası bu qarşılaşmadakı qələbə ilə biabırçılıqdan xilas olub. İlk 2 matçda qələbəyə həsrət qalan argentinalılar 3:0 hesablı qələbə sayəsində 1/4 finla vəsiqə qazanıb. Komandasına qələbəni Aquero (45 və 53-cü dəqiqələr) və di Mariya (64) qazandırıblar.

1

Kolumbiya

3

2

1

0

3-0

+3

7

2

Argentina

3

1

2

0

4-1

+3

5

3

Kosta Rika

3

1

0

2

2-4

-2

3

4

Boliviya

3

0

1

2

1-5

−4

1