Stüart Pirsin Azərbaycan millisi ilə görüşəcəyi rəsmiləşdi
12.07.2011 - 10:27
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının (U-21) Avro-2013-ün seçmə mərhələsində rəqiblərindən olan İngiltərə millisinin baş məşqçi məsələsinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyası (İFA) hazırkı baş məşqçi Stüart Pirslə yeni 2 illik müqavilə imzalayıb.
2007-ci ildən bu vəzifədə olan gənc çalışdırıcı 3 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib. İlk ildə yarımfinala, bundan 2 il sonra finala çıxan ingilislər son dəfə uğursuzluğa düçar olub. Belə ki, Pirsin yetirmələri yaxında Danimarkada keçirilən final mərhələsində heç qrupdan çıxa bilməyərək, İspaniya və Çexiyanı yarımfinala buraxıb. Ancaq bununla belə, İFA Pirsə etimad göstərdiyi onunla müqaviləni uzatmaqla göstərib.
İngiltərənin U-21-i növbəti rəsmi oyununu məhz bizimlə keçirəcək. Bu, növbəti seçmə mərhələnin startında – bu ilin sentyabrında ev matçı olacaq.
Qeyd edək ki, Pirsin komandası artıq bir dəfə U-21-mizlə görüşüb. Belə ki, futbolun yaradıcıları 2009-cu ilin iyunun 9-da almaniyalı Bernard Lippertin çalışdırdığı komandamızla Milton-Keynes şəhərində keçirilən yoldaşlıq görüşündə 7:0 hesabı ilə qalib gəlib. Bu, İngiltərənin U-21-nin tarixində ən böyük hesablı qələbələrdən olub.

0
0