“Neftçi”nin razılaşa bilmədiyi hücumçu dünyada 12-dir
12.07.2011 - 11:00
Milli çempionatların güclülər dəstəsində ən azı 200 qol vuran və karyerasını hələ də davam etdirən futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ 18 hücumçu daxil olub.
Avstraliyalı Aleksandr Duriç keçirdiyi 444 matçda vurduğu 328 qolla siyahının ilk pilləsində qərarlaşıb. Şimali irlandiyalı Qlenn Ferqyuson liderdən 4 qol geri qalır. Lakin o, daha çox – 660 matçda buna nail olub. Üçüncü olan uelsli Mark Lloyd Uilyams 471 qarşılaşmada 320 topa imza atıb.
Tanınmış futbolçulardan braziliyalı Rivaldo 267 qolla 6-cı, fransalı Tyerri Anri 242 qolla 9-cu, İspaniya futbolunun əfsanəsi Raul 240 qolla 10-cu sırada qərarlaşıb. “Neftçi”nin ötən il Bakıya dəvət edib razılaşa bilmədiyi özbəkistanlı Cəfər İrismetov 236 qolla 12-ci yerin sahibidir. Hazırda “Şurtan”da çıxış edən hücumçu 13-cü olan hollandiyalı Ruud van Nisteltoy (233), 17-ci olan ukraynalı Andrey Şevçenko (213) və 18-ci olan italiyalı Françesko Totti (207) kimi ulduzları qabaqlayır.
Qeyd edək ki, güclülər dəstəsində ən çox qol vuran azərbaycanlı futbolçu Nazim Əliyevdir. O. Ölkə çempionatında 183 dəfə fərqlənib.

0
0