Vaqif Cavadov Vyanada ekskursiyada - FOTO
12.07.2011 - 11:39
Vaqif Cavadov Vyanada ekskursiyada - FOTO
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Avstriyada gəzintiyə çıxıb. Apasport.az saytının məlumatına görə, Vaqifin yaxında keçdiyi Rusiyanın “Volqa” klubu Vyanadakı təlim-məşq toplanışında istirahətdən istifadə edərək, Avstriya paytaxtında ekskursiya edib. Komandanın futbolçuları və məşqçiləri Avropanın qədim şəhərinin görməli yerləri ilə tanış olublar. Axşam yeməyi zamanı isə “Volqa”nın köhnə futbolçuları sərbəst formada Vaqif da daxil olmaqla yeni gələnləri salamlayıblar.

Qeyd edək ki, Nijni-Novqorod təmsilçisi bu gün Vyanada növbəti yoxlama oyununu Bakı vaxtilə saat 21:00-da İngiltərənin “Şeffild Uensdey” klubu ilə keçirəcək.