“İddialı komandalara qarşı mübarizə aparmaq çətin olacaq”
12.07.2011 - 17:30
“Premyer Liqadakı məqsədimiz hələ konkretləşməyib. Əsas işimiz gənc futbolçuların təcrübə toplaması olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun müdafiəçisi Samir Abasov deyib.
Mövsüm başa çatdıqdan sonra “Qarabağ”ın xidmətinə ehtiyac duymadığı futbolçu karyerasını elitanın debütantı “Sumqayıt Şəhər”də davam etdirəcək. Əsasən gənclərin üstünlük təşkil etdiyi Sumqayıt təmsilçisi bir neçə təcrübəli futbolçunu heyətinə cəlb edib və bununla onların təcrübə toplamasına şərait yaradıb. Bunun gənclərin xeyrinə olacağını düşünən Abasov qarşıda onları ağır mövsümün gözlədiyini bildirib: “Premyer Liqada oynamaq gənclərin xeyrinə olacaq. Düzdür, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” kimi iddialı komandalara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq təcrübə toplamaq baxımından vacibdir”.
Yeni baş məşqçi Bernard Raab haqda da xoş sözlər söyləyən təcrübəli futbolçu Avstriya toplanışında komandanın çox şey qazanacağını vurğulayıb: “Bir həftədi məşq edirik. Psixoloji cəhətdən yorulmağa imkan vermir. Bir sözlə, baş məşqçi hələ ki, xoş təsir bağışlayır”.
Komandanın hələ xətlər arası əlaqənin istənilən səviyyədə olmağını qeyd edən futbolçu Avstriya toplanışında bunun yoluna qoyulacağını bildirib: “Heyətə cəlb edilənlərin hamısı yaxşı uşaqlardır. Sadəcə, hələ bir-birimizi yaxından tanımırıq. Uşaqlar çox təcrübəsizdirlər. Onlara oynamaq, bişmək lazımdır. Təbii ki, çempionatda çox çətin olacaq. Hər şey özlərindən asılıdır”.

0
0