“Xəzər Lənkəran” informasiya blokadasında
12.07.2011 - 14:39
“Xəzər Lənkəran” informasiya blokadasında
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran” klubu İsraildə informasiya blokadası ilə üzləşib. Apasport.az saytının Təl-Əvivə ezam olunmuş əməkdaşının məlumatına görə, Lənkəran təmsilçisinin məskunlaşdı beşulduzlu “İntercontinental” otelində internetə azad çıxışı məhdudiyyət qoyulub.

İnternetə qoşulmaq istəyənlər bunu nağd ödənişlə də edə bilmirlər. Çünki israillilər bunun yalnız kredit kartla edilməsinin mümkünlüyünü bizimkilərin diqqətinə çatdırıblar. Oteldə internetlə istifadənin 1 saatının qiyməti 10, sutkalığın isə 25 ABŞ dollardır.

Qeyd edək ki, “Xəzər Lənkəran” iyulun 14-də Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə ilk oyuna çıxacaq.