“Makkabi” və “Xəzər Lənkəran”da oynayan futbolçu kimdir? - FOTO
12.07.2011 - 14:55
Avroliqada Təl-Əviv “Makkabi”sinin rəqibi olan “Xəzər Lənkəran” klubunun albaniyalı futbolçusu Elvin Beçiri İsraildə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi Təl-Əvivdə yerli televiziyaya müsahibə verib. İsraillər Elvinlə müsahibə götürmək üçün elə Təl-Əviv hava limanına gəliblər.
İyulun 14-də Lənkəran klubunu qəbul edən israillilərin daha çox Beçiriyə maraq göstərməsi təsadüfi deyil. Axı albaniyalı 2005/06 mövsümündə Təl-Əviv “Makkabi”sinin şərəfini qoruyaraq, 14 oyunda meydana çıxıb. Həmin vaxt Beçiri Ton Kaanenin rəhbərliyi altında oynayıb və komanda çempionatı titulsuz başa vurub.
Qeyd edək ki, yığmasında 47 oyun keçirən Elvin il yarımdır “Xəzər Lənkəran”da oynayır və müdafiənin mərkəzində çıxış edir.

0
0