“Neftçi” bu gün “Maksimir”ə ayaq basacaq
12.07.2011 - 15:15
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dinamo" ilə oyununa hazırlaşan "Neftçi" Xorvatiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Zaqrebdəki "Şeraton" otelində məskunlaşan flaqman Xorvatiya paytaxtında məşq keçib. "Neftçi"nin oyun öncəsi son məşqi bu gün olacaq. Görüşün keçiriləcəyi "Maksimir" stadionunda baş tutacaq hazırlıq Bakı saat 23:00-da başlanacaq.
Qeyd edək ki, iyulun 13-də keçiriləcək "Dinamo" - "Neftçi" oyunu Bakı saat 23:00-da start götürəcək.
Mənbə: neftchifc.com
Qeyd edək ki, iyulun 13-də keçiriləcək "Dinamo" - "Neftçi" oyunu Bakı saat 23:00-da start götürəcək.
Mənbə: neftchifc.com
0
0