“Baş məşqçinin olmaması mənfi təsir göstərir, göstərəcək də”
12.07.2011 - 16:40
“Minsk”ə məğlub olduqdan və mərhələ adlaya bilmədikdən sonra komandada müəyyən qədər ruh düşkünlüyü var. Yəni mərhələ adlaya bilmədiyimizə görə, təəssüflənirik. Ancaq bunu tez bir zamanda unudub, çempionata hazırlaşmalıyıq. Qarşıda bizi çətin marafon gözləyir”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun qapıçısı Cahangir Həsənzadə deyib.
Tarixində ikinci dəfə avrokuboklarda iştirak edən AZAL yenə mübarizəni erkən dayandırmalı oldu. Bu dəfə Belarusun “Minsk” klubu ilə üz-üzə gələn paytaxt təmsilçisi doğma meydanda heç-heçə edib, səfərdə məğlub oldu. Nəticədə “Minsk” II mərhələ vəsiqə qazandı. Uğursuzluğun ardından baş məşqçi Nazim Süleymanov Bakıya dönmədən istefa verdi. Təbii ki, Premyer Liqanın startına 1 aydan az vaxt qalmış bu komanda üçün heç də yaxşı hal deyil. Çünki yeni dəvət ediləcək mütəxəssis komandanı psixoloji gərginlikdən çıxarmalı, eyni zamanda öz taktikasına uyğun yeni heyət formalaşdırmalıdır. Təcrübəli qapıçı da buna görə narahatdır: “Baş məşqçinin olmaması mənfi təsir göstərir, göstərəcək də. Amma bu bizdən asılı deyil. Baş məşqçi ilə bağlı qərarı klub rəhbərliyi verir”.
Sonda sabiq baş məşqçi Nazim Süleymanova təşəkkürünü bildirən Həsənzadə onun qalmasını istədiklərini vurğulayıb: “Nazim müəllimə təşəkkür edirəm. Onun sayəsində komanda çempionatı dördüncü pillədə başa vurdu və Avropa Liqasında oynamaq hüququ qazandıq. Getməsini istəməzdik”.

0
0