13 futbolçu itkin düşdü
12.07.2011 - 16:10
13 futbolçu itkin düşdü
Eritreyanın “Red Si” klubunun 13 futbolçusu Tanzaniyada itkin düşüb. Apasport.az saytının məlumatına görə, Tanzaniya Futbol Federasiyası adı açıqlanmayan katibi bununla bağlı rəsmi açıqlama verib. O, bildirib ki, itkin düşənlərinin sayını artıq dəqiqləşdiriblər: “Komandanın bəzi üzvləri gəlməyən futbolçuların pasportlarına gömrük möhürü qoymağa səhv edib. Ancaq biz futbolçuları sayandan sonra məlum oldu ki, itkin düşənlər 13 nəfərdir”.

“Red Si” Afrikanın kubokunun ¼ finalında iyulun 6-da gələcək qalib olan Tanzaniyanın “Yanq Efrikans” klubuna uduzandan sonra ötən şənbə bu ölkədən getməli imiş. Ancaq hava limanına turnirə gedən 26 futbolçudan yalnız 13-ü gəlib.

Qeyd edək ki, Tanzaniya Somali, Efiopiya, Eritreyadan olan qanunsuz emiqrantlar üçün keçid məntəqəsi kimi xidmət edir. Onlar bura ilə CAR-a düşməyə bel bağlayırlar.

Qeyd edək ki, Eritreyadan futbolçu ilk dəfə deyil ki, itkin düşürlər. 2009-cu ildə bu ölkənin milli komandasının 12 futbolçusu Keniyadakı turnir zamanı yoxa çıxıblar.