Ermənilər Çempionlar Liqasında da biabır oldu
13.07.2011 - 09:00
Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 6 qarşılaşma keçirilib. Bunların 3-də meydan sahibləri, 3-də isə qonaqlar qalib gəlib. Heç-heçənin qeydə alınmadığı gündə ən böyük hesablı nəticə İrəvanda qeydə alınıb. Ötən həftə yoldaşlıq oyununda Azərbaycan çempionu “Neftçi”ni məğlub edən (1:0) Çexiya təmsilçisi “Viktoriya” ermənilərə “dərs keçib”. Cütün taleyini 40 dəqiqəyə həll edən Plzen təmsilçisi “Pünik” üzərindəki 4:0 hesablı qələbə sayəsində Çempionlar Liqasının cari mövsümündə ən böyük hesablı nəticə rekordunu müəyyənləşdirib. “Birlik kuboku”nda məhz “Neftçi”nin biabır etdiyi Ermənistan çempionu qitənin ən nüfuzlu turnirində də rüsvay oldu. Digər matçlara gəlincə isə “Xəzər Lənkəran”ın baxışa çağırıb bəyənmədiyi Ramunas Radaviçius un “Ekranas”ın heyətində fərqlənməsi diqqət çəkir.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
“Pünik” (Ermənistan) - “Viktoriya” (Çexiya) – 0:4
Bakoş, 7, 40-p., Xorvat, 28, Kolar, 72
“Valetta” (Malta) – “Ekranas” (Litva) – 2:3
Mifsud, 43, da Silva, 90-p. – Umeh, 15, Qleveçkas, 22, Radaviçius, 41-p.
“Moqren” (Çernoqoriya) – “Liteks” (Bolqarıstan) – 1:2
Zek, 14 - Todorov, 77, 79
“Maribor” (Sloveniya) – “Dudelanj” (Lüksemburq) – 2:0
Argius, 36, İbraimi, 45
“Slovan” (Slovakiya) – “Tobol” (Qazaxıstan) – 2:0
Sebo, 41, Quede, 81
“Şemrok Rovers” (İrlandiya) – “Flora” (Estoniya) – 1:0
Turner, 34

0
0