Dramatik sonluq və ya Argentina Uruqvaya qarşı
13.07.2011 - 09:49
Argentinada keçirilən Amerika kubokunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, C qrupunda da mübarizəyə yekun vurulub. Liderlərin – Çili və Perunun görüşü dramatik sonluqla nəticələnib. Sonuncuların son saniyələrdəki avtoqolu qrup qalibinin adına aydınlıq gətirib. Bundan istifadə edən Uruqvay isə qələbə qazanaraq 2-ci pilləyə yüksəlib. Mundialın yarımfinalçıları 1/4 finalda yarışın digər favoriti Argentina ilə qarşılaşacaq. Maraqlıdır ki, bu komandaların hər ikisi qrup matçlarına 2 heç-heçə ilə başlayıb, sondakı qələbəylə mərhələ adlayıb.
Çili – Peru – 1:0
Dias Kamillo, 90-öz qapısına
Uruqvay – Meksika – 1:0
Pereyra, 14
Çili – Peru – 1:0
Dias Kamillo, 90-öz qapısına
Uruqvay – Meksika – 1:0
Pereyra, 14
Çili | 3 | 2 | 1 | 0 | 4-2 | +2 | 7 |
|---|---|---|---|---|---|---|---|
Uruqvay | 3 | 1 | 2 | 0 | 3-2 | +1 | 5 |
Peru | 3 | 1 | 1 | 1 | 2-2 | 0 | 4 |
Meksika | 3 | 0 | 0 | 3 | 1-4 | −3 | 0 |
0
0