Krunoslav Yurçiç: İstədiyimiz mümkün qədər çox qol vurmaqdır
13.07.2011 - 10:04
Krunoslav Yurçiç: İstədiyimiz mümkün qədər çox qol vurmaqdır
“Neftçi”yə olan bütün hörmətimizə baxmayaraq cütün favoriti rolunu dərk edirik. Biz onların bütün üstün cəhətlərini bilirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Krunislav Yurçiç deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyun ərəfəsində təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Bilirəm ki, qarşılaşmada hər şey olacaq: dolu tribunalar, əla ab-hava. Belə vəziyyətdə canımızı da qoymağa dəyər. Oyundan istədiyimiz isə “Neftçi”yə mümkün qədər çox qol vurmaqdır. Rəqibimiz mövsüm boyu demək olar ki, eyni heyətlə mübarizə aparıb. Sonradan yalnız 1 qapıçı alıblar. Bu isə o deməkdir ki, oturmuş heyətləri var. Onların əsas məqsədi qol vurmaqdır. Bəlkə də Azərbaycan çempionu “Maksimir”də bir az müdafiəyə meylli oynayacaq. Lakin ümumilikdə onlar öz üslubundan dönən komanda deyil”.

Qeyd edək ki, “Dinamo” – “Neftçi” oyunu bu gün saat 23:00-da başlayacaq.