“Bolonya”nın futbolçusu Azərbaycan milli komandasına çağırıldı
13.07.2011 - 10:28
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Sumqayıtda təlim-məşq toplanışı keçəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov iyulun 15-dən 18-ə qədər toplanışa dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. Bunlar Əyyub Əliyev, Kənan Manafov (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), Ramin Şirinov, Nurlan Əhmədov (hər ikisi “Qarabağ”), Nurlan Şiriyev (“Rostov”, Rusiya), Qurbanəli Əliyev, Adil Nağıyev, Fuad İslamzadə, Coşqun Diniyev (hamısı “İnter”), Vəkil Talıbov (“Akademiya Konopleva”, Rusiya), Xəlil Əhmədov (ROİL), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Azad Rəhimov (“Krılya Sovetov”, Rusiya), Polad Mirzəzadə (“Bakı”), Seyran Məmmədov, Ruslan Abdullayev (hər ikisi “Torpedo, Rusiya), Əbülfəz Kərimli (“Bolonya”, İtaliya), Rahib Abışov (“Elektroavtomatika”, Rusiya) və Təbriz İsmayılovdur (“Zenit”, Volqoqrad, Rusiya).
Həsənovun ölkədən kənarda oynayan çağırdığı 8 futbolçudan 7-si Rusiyada oynayandır. Qalan bir futbolçu – Əbülfəz Kərimli isə İtaliyanın “Bolonya” klubundan cəlb olunub.
Mənbə: affa.az
Həsənovun ölkədən kənarda oynayan çağırdığı 8 futbolçudan 7-si Rusiyada oynayandır. Qalan bir futbolçu – Əbülfəz Kərimli isə İtaliyanın “Bolonya” klubundan cəlb olunub.
Mənbə: affa.az
0
0