Ruslan Abışov: Biz Zaqrebə uduzmağa gəlməmişik
13.07.2011 - 10:43
“Neftçi”nin futbolçusu Ruslan Abışov Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə səfər oyununa özlərini hazır sayır. Apasport.az saytının məlumatına görə, milli komandamızın da üzvü olan müdafiəçi bu gün “Maksimir” stadionunda keçiriləcək görüşə yaxşı əhval-ruhiyyədə çıxacaqlarını və münasib nəticə qazanmağa çalışacaqlarını bildirib.
Ruslanın sözlərinə görə, “Dinamo”ya nə qədər diqqət yetirsələr, güclü saysalar da, növbəti mərhələyə keçmək məqsədindən vaz keçirmirlər: “Çempionlar Liqasında oynamağımız komandamızın səviyyəsini göstərir. Biz yaxşı hazırlaşmışıq və oyuna hazırıq. Biz Zaqrebə uduzmamağa gəlməmişik”.
Abışovun fikrincə, istənilən halda, cütün qalibi 2 oyunun nəticəsinə əsasən müəyyənləşdiyindən, hər şeyə iyulun 19-da Bakıdakı cavab görüşündə aydınlıq gələcək: “Hesab edirik ki, biz evdə yaxşı nəticə əldə edib, mərhələ keçə bilərik”.

0
0