“Xəzər Lənkəran” “Müqəddəs torpağı” ziyarətə yollandı
13.07.2011 - 11:32
Azərbaycanı Avroliqada təmsil edən “Xəzər Lənkəran” klubu İsraildə gəzintiyə çıxıb. Apasport.az saytının məlumatına görə, turnirin II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”sinin rəqibi olan Lənkəran təmsilçisinin üzvləri Qüds şəhərinə üz tutub. Təmsilçimiz bu gün səhər saatlarında “Müqəddəs torpağı” ziyarət etməyə yollanıb. Qüds 3 – yəhudi, xristian və islam dininin nümayəndələri üçün müqəddəs şəhər sayılır. Yaxın Şərqdə yerləşən qədim şəhər 1947-ci ildə İsrailin paytaxtı olub.
“Xəzər Lənkəran” bu gün 1 məşqi olacaq və bu, yüngül xarakter daşıyacaq. Hazırlıq Təl-Əvivdə yerli vaxtla saat 18:00-da (Bakı vaxtilə saat 20:00-da) olacaq.
Qeyd edək ki, lənkəranlıların “Makkabi” ilə sabahkı səfər oyunu Bakı vaxtilə saat 22:30-da başlayacaq.

- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
0
0