“Bizə futbolçu lazım olduğu halda, niyə kiminləsə vidalaşmalıyıq ki?”
13.07.2011 - 13:47
Avroliqada mübarizəni I təsnifat mərhələsində dayandıran AZAL klubu heyətini qoruyacaq. Bakı təmsilçisinin prezidenti Vaqif Qasımov apasport.az saytına açıqlamasında heç bir futbolçu ilə yollarını ayırmaq fikrində olmadıqlarını bildirib.
Qasımovun sözlərinə görə, komandanın liderlərindən olan mərakeşli yarımmüdafiəçi Zohair Benouahi getməyi düşünmür: “Nəinki Zohair, heç bir futbolumuz Avroliqa oyunundan sonra getmək istəyi ilə bağlı bizə müraciət etməyib. Futbolçularımızın hamısı ilə müqavilələrimiz var və heç kimlə vidalaşmaq fikrimiz yoxdur”.
AZAL növbəti çempionatın startına 1 aydan az vaxt qaldığı bir vaxtda futbolçu axtarışlarını davam etdirir: “Mən futbolçu axtarıram. Bizə futbolçu lazım olduğu halda, niyə komandamızdakı oyunçuların sayını daha da azaltmalıyıq? “Minsk”lə oyun öncəsi 2 yeni futbolçu aldıq. Bunlar serbiyalı müdafiəçi Branislav Arseniyeviçlə albaniyalı yarımmüdafiəçi Ervin Bulkudur. Daha 3 futbolçu almağı planlaşdırırıq. Bunun 2-nin hücumçu olacağı nəzərdə tutulub. Ön xəttimizi gücləndirməliyik”.
Qeyd edək ki, bakılılar “Minsk”ə məğlubiyyətdən sonra istefa verən baş məşqçisi Nazim Süleymanovun yerinə Elxan Abdullayevi gətirib.
Mehman SÜLEYMANOV

- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı
0
0