Azərbaycan kubokunun qalibi gücünü sumqayıtlılara göstərdi
13.07.2011 - 14:41
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Stelian Stanku özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 2010/11 mövsümünü ölkəmizdə keçirən 30 yaşlı yarımmüdafiəçi yenidən Rumıniya “Sportul”unun şərəfini qoruyacaq. Vətənində çıxış edəcək Stankunun köhnə-təzə komandası ötən mövsüm aşağı dəstəyə düşüb. İndi o, “Sportul”un güclülər dəstəsinə qayıtması üçün çalışmalıdır.
“Xəzər Lənkəran”la Azərbaycan kubokunun qalibi olan Stelian Avstriyada təlim-məşq toplanışında da 2002-06-cı illərdə oynadığı komandasının düşərgəsindədir. O, Azərbaycan Premyer Liqasında debüt edəcək “Sumqayıt Şəhər”lə yoldaşlıq oyununda da fərqlənib. Stanku 53-cü dəqiqədə hesabı 3:1-ə çatdırmaqla təmsilçiomizin müqavimətini birdəfəlik qırıb və görüş 7:1 hesabı ilə rumıniyalıların xeyrinə başa çatıb.

- Qonzalo Qarsiya "Fulhem"də – "Real" gələcək satışdan da qazanacaq
- Əl-Xelaifi FIFA prezidentliyinə namizəd olacaq? – İnfantinoya rəqib axtarılır
- "Bolonya" və "Roma"dan hücumçu barteri – Dovbik getdi, Kastro gəldi
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
0
0