“Turan” Gürcüstan klublarını Tovuza gətirmək istəyir
13.07.2011 - 23:04
“Baxışa gələn futbolçuların bir neçəsini yola saldıq. Hələ seleksiya işini yekunlaşdırmamışıq. Çempionatın startına qədər bu proses davam edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.
İyunun sonlarından yeni mövsümün hazırlığına start verən “Turan” bazar günü keçirdiyi ikitərfli oyundan sonra istirahətə yollanmışdı. Əyalət təmsilçisi bu gün yenidən bir araya gələcək. Heyəti formalaşdırmağa çalışan baş məşqçi qapıçı axtarışlarını davam etdirdiklərini vurğulayıb: “Bir neçə qapıçı komandaya qoşulacaq. Gürcüstandan dəvət etdiyimiz qolkiper də hələ bizimlədir. Gələnlər də legionerlər olacaq. Çünki yerli qapıçıların hamısı klublardadırlar. Perspektivli qapıçılar var, amma təcrübəsizdirlər”.
Təcrübəli mütəxəssis “Çərçivə” ilə yanaşı arxa xətti də gücləndirməyin vacib olduğunu düşünür: “Bugünkü gündə müdafiə xəttinə əl gəzdirmək lazımdır. Bütün mövqeləri gücləndirməsk, pis olmaz. Ancaq qapı ilə arxa xətti mütləq gücləndirməliyik”.
Əsgər Abdullayevin bir müddətdir futbolsuz qalan Emin Quliyev, Nadir Nəbiyev və Ruslan Abbasovu da komandaya cəlb etməsi barədə məlumat vermişdik. Bəs görəsən, onlar baş məşqçinin ümidlərini doğruldublarmı? Təcrübəli mütəxəssis tələsməməyi məsləhət gördü: “Nadir çox yaxşı görünür. Onun hazırlığından razıyam. Eminlə Ruslana gəldikdə, hər ikisi təcrübəli futbolçudur. Tez bir zamanda öz oyunlarını tapacaqlarını düşünürəm”.
Sonda baş məşqçi Gürcüstan səfərindən sonra yoldaşlıq oyunu keçirmək üçün Tovuza qonşu ölkə klublarından bir neçəsini dəvət edəcəklərini də istisna etmədi: “Gürcüstanda 4 oyunumuz olacaq. Rəqiblərimiz hələ məlum deyil. Orada qalan komandalarla qarşılaşacağıq. Bəzi klublar hazırda Avropa Liqasında iştirak edirlər. Çalışacağıq ki, güclülər dəstəsində mübarizə aparan komandalarla gücümüzü sınayaq. Eyni zamanda onlar bir neçəsini Tovuza dəvət edəcəyik. İstəyirik ki, mövsüm öncəsi öz stadionumuzda da oyun keçirək. Bu, komandaya yeni qoşulan futbolçuların stadiona uyğunlaşması baxımından vacibdir. Hazırkı komandanın əksər üzvləri yeni futbolçulardır və gələn gündən məşqlərimizi Qaraxanlı kəndindəki meydançada keçirik. Buna görə də öz stadionumuzda oyun keçirmək lazımdır. Təbii ki, bu oyunun baş tutmasında təqvimin də rolu olacaq”.

0
0