AZAL xoşbəxt rəqəmə çatdı: Şakir Qəribovdan Elxan Abdullayevə qədər
13.07.2011 - 15:02
AZAL klubunun baş məşqçi postuna yiyələnən Elxan Abdullayev komandanın tarixinə 7-ci baş məşqçi kimi düşüb. Apasport.az saytının məlumatına görə, 1996-cı ildə AMMK adı ilə yaranan və uzun müddət futzal klubu kimi fəaliyyət göstərən AZAL 2004-cü ildən statusunu dəyişib. Həmin vaxt Peşəkar Futbol Klubu kimi qeydiyyatdan keçən paytaxt təmsilçisi son 7 ildə futbol meydanlarında mübarizə aparıb. İndiyədək 5 baş məşqçisi olmuş komandanı ümumilikdə 6 mütəxəssis meydana çıxarıb. Bir neçə turluq baş məşqçi əvəzi kimi komandaya rəhbərlik edən Camaləddin Əliyevi də saysaq AMMK, “Olimpik”, “Olimpik-Şüvəlan” adlarını dəyişmiş AZAL üçün Abdullayev 7-ci çalışdırıcı olacaq.
1. Şakir Qəribov (iyun 2004 - may 2005) – 16 oyun
2. Stepan Çordaş (iyun 2005 – avqust 2005) – 3 oyun
3. Camaləddin Əliyev – baş məşqçi əvəzi (2005 avqust) – 4 oyun
4. Peter Kurçubiç (2005 avqust – 2006 may) – 23 oyun
5. Əsgər Abdullayev (2006 iyun – 2009 noyabr) – 105 oyun
6. Nazim Süleymanov (2009 noyabr – 2011 iyun) – 64 oyun
7. Elxan Abdullayev (2011 iyun - ...)

0
0