Tələbə FİFA-nın reytinqində səhv tapdı
13.07.2011 - 16:24
FİFA-nın hər ay açıqladığı milli komandaların reytinq cədvəli ilə bağlı kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Farer adalarının sakini olan tələbə Yakup Emil Hansen FİFA-nın son reytinqində səhv tapıb. Bu isə Uels yığmasının 2014-cü il dünya çempionatına çıxmaq şansını xeyli azaldacaq. İndi bu səhvin nəticəsində uelslilər püşkatma zamanı son səbətə düşəcəklər.
Milli komandamız FİFA-nın son reytinqinə görə 112-ci yerdədir ki, hesablarında 273 xal olan Uels və Farer adaları müvafiq olaraq 114 və 115-ci pillələrdə göstərilib. Hansen ona diqqət yetirib ki, milli komandası Estoniya yığması üzərində yoldaşlıq görüşündə qazandığı qələbədən sonra Uelsi 0,07 bal qabaqlayıb və deməli, ondan yuxarı pillədə olmalıdır.
Hansen bu faktla bağlı Farer adalarının Futbol Assosiasiyasını xəbərdar edib. O isə FİFA-nı rəsmi məktubla məlumatlandırıb və bundan sonra reytinqdəki səhv düzəldilib.
Əgər DÇ-2014-ün seçmə mərhələsində yığmaların səpələnməsi prinsipi DÇ-2010-da olduğu kimi qalarsa, onda Uels yığması Avropanın ən zəif milli komandaları ilə birgə son səbətə düşəcək. Başqa sözlə, onun seçmə mərhələdə bütün rəqibləri özündən yuxarıda dayanacaq. Farer adaları isə bizim kimi sondan əvvəlki səbətdə yer alacaq.
Qeyd edək ki, püşkatma iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

0
0