“Makkabi” yaxşı və keçiləsi rəqibdir” - FOTO
14.07.2011 - 00:29
“Makkabi” yaxşı və keçiləsi rəqibdir” - FOTO
“Komandada çox yaxşı atmosfer var. Ən vacibi də budur. Əgər ab-hava yaxşıdırsa, hər şeyi yerinə yetirmək olur”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev deyib.

Avropa Liqasının II təsnifat mərhələsində “Makkabi” ilə görüş öncəsi təşkil olunan mətbuat konfransında Ağayev bildirib ki, kapitan kimi komanda yoldaşlarına dəstək olur: “Mən də kapitan kimi, futbolçulara ürək-dirək verirəm. Heyətdə elə futbolçular var ki, məndən qat-qat yüksəkdir. Deyə bilərəm ki, heyətdə sıxılan futbolçu yoxdur. Olanda da onlara dəstək verməyə hazıram. Hamımız peşəkar futbolçularıq. Hamı bura nəyə görə gəldiyini yaxşı anlayır. Üstəlik, ağıllı məşqçimiz var, komandada közəl ab-hava yaradıb. Bizə savadlı məşq keçir. Əsas odur ki, verilən tapşırıqları yerinə yetirək. Bunu bacarsaq, yaxşı nəticə qazana bilərik”.

Ağayev, həmçinin bildirib ki, bu günkü qarşılaşmadan çəkinmək lazım deyil: “Makkabi”dən çəkinəcəyim nəsə yoxdur. Bura oynamağa gəlmişik. Həyatda mümkün olmayan nəsə yoxdur. Hər şey Allahın əlindədir. Bizim məqsədimiz 2 oyunun nəticəsinə görə yaxşı nəticə qazanmaqdır. İstəmirik ki, xalqı aldadaq, bu düzgün deyil. “Makkabi” yaxşı və keçiləsi rəqibdir”.