“Neftçi” mübarizəyə böyük hesablı məğlubiyyətlə başladı
14.07.2011 - 08:48
“Neftçi” mübarizəyə böyük hesablı məğlubiyyətlə başladı
Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son 11 oyundan 6-da böyük hesablı qələbə qeydə alınıb. Ölkəmizin turnirdə yeganə təmsilçisi olan “Neftçi” kimi qalan 5 komanda da belə yenilgi alıb.

Avrokuboklarda “Qarabağ”la görüşən “Hayfa “Makkabi”si, “Rusenborq”, habelə “İnter”i elə ÇL-dən mübarizədən kənarlaşdıran “Partizan” rəqiblərini darmadağın ediblər. Elə son oyun günündə ən böyük hesablı qələbələri “Qarabağ”ın üzərində tarixi zəfər qazandığı “Makkabi” ilə “Rusenborq” əldə edib. “Xəzər Lənkəran”ın bu gün Avroliqada qonağı olacağı Təl-Əviv “Makkabi”sinin Hayfanı təmsil edən adaşı “Borats”la ev oyununda qonaqları hesabı açmağa peşman edib. Bundan sonra 35 dəqiqəyə 5 qol vuran israillilər növbəti mərhələyə çıxmaq vəzifəsini demək olar yerinə yetirib.

Postsovet məkanı təmsilçilərindən yalnız “Zestafoni” qalib gələ bilib. Bu da elə postsovet komandası – İntertoto “Bakı”ya rəqib olmuş Moldovanın son çempionu “Daçiya” üzərində qazanılıb. Gürcülər evdə artıq ilk hissədə vurduğu 3 qolla oyunun taleyini həll edib və fasilədən sonra rəqib qapısına yol tapmağa lüzum görməyib.



Çempionlar Liqası, II təsnifat mərhələsi

İlk oyunlar

12 iyul

“Pünik” (Ermənistan) - “Viktoriya” (Çexiya) – 0:4
Bakoş, 7, 40-p., Xorvat, 28, Kolar, 72
“Valetta” (Malta) – “Ekranas” (Litva) – 2:3
Mifsud, 43, da Silva, 90-p. – Umeh, 15, Qleveçkas, 22, Radaviçius, 41-p.
“Moqren” (Çernoqoriya) – “Liteks” (Bolqarıstan) – 1:2
Zek, 14 - Todorov, 77, 79
“Maribor” (Sloveniya) – “Dudelanj” (Lüksemburq) – 2:0
Argius, 36, İbraimi, 45
“Slovan” (Slovakiya) – “Tobol” (Qazaxıstan) – 2:0
Sebo, 41, Quede, 81
“Şemrok Rovers” (İrlandiya) – “Flora” (Estoniya) – 1:0
Turner, 34

13 iyul

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" (Azərbaycan) - 3:0
Badel, 37, Krstanoviç, 46, 65-pen

"Makkabi" (Hayfa, İsrail) - "Boras" (Bosniya və Herseqovina) - 5:1
Amaşa, 45+1, 71, 73, Yampolski, 72, Qolasa, 80 - Raspudiç, 24

"Skenderbeu" (Albaniya) - APOEL (Kipr) - 0:2
Nunu Moraiş, 52, Manduka, 56

"Şturm" (Avstriya) - "Videoton" (Macarıstan) - 2:0
Sobiç, 68, Kinast, 90+2

"Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova) - 3:0
Gelaşvili, 14, Dvali, 23, 40

"Partizan" (Serbiya) - "Şkendiya" (Makedoniya) - 4:0
Vukiç, 48, Eduardo, 58, Şepoviç, 74, Emini, 76-öz qapısına

"Malmö" (İsveç) - "Torshavn" (Farer adaları) - 2:0
Redjepi, 58, Holm, 77-öz qapısına

"Rusenborq" (Norveç) - "Breydablik" (İslandiya) - 5:0
Şelbred, 43, Dorsin, 48, Henriksen, 72; Pritsa, 76, Olsen, 86

"Banqor Siti" (Uels) - HİK (Finlandiya) - 0:3
Sadik, 14, 55, Sorsa, 89

"Skonto" (Latviya) - "Visla" (Krakov, Polşa) - 0:1
Rode, 40-öz qapısına

"Linfild" (Şimali İrlandiya) - BATE (Belarus) - 1:1
Fordays, 5 - Renan Bressan, 38-pen

Qeyd edək ki, cavab oyunları iyulun 19-20-da keçiriləcək.