“Azərbaycan komandasını keçəndən sonra hələ mükafatımızı verməyiblər”
14.07.2011 - 09:33
“Azərbaycan komandasını keçəndən sonra hələ mükafatımızı verməyiblər”
“Sözsüz ki, “Qaziantepspor” Azərbaycanın “Olimpik-Şüvəlan” klubundan daha ciddi rəqibdir. Komanda Türkiyə çempionatının liderlərinə daxildir, özünə hörmət etdirir”. Apasport.az saytının məlumatına görə. bu fikirləri Avroliqada AZAL-ı mübarizədən kənarlaşdıran Belarusun “Minsk” klubunun futbolçusu Denis Saşeko deyib. Komandamızı ilk mərhələdə mübarizədən kənarlaşdıran Belarusun bürünc medalçısı bu gün növbəti mərhələdə Türkiyənin “Qaziantepspor”la ev oyununa çıxacaq.

Saşeko Azərbaycan və Türkiyə komandalarının gücünü müqayisə etməyi lazım bilməyib: “Onları müqayisə etmək istəmirəm. Ancaq deyim ki, rəqibdə nə gücdə olursa olsun, onunla oynamaq lazımdır. Üstəlik, avrokuboklar tamam başqa köklənmədir! Fikrimcə, “Minsk”in evdə, öz azarkeşləri qarşısında “Qaziantepspor”la oyunda şanslar bərabərdir”.

Denis qrup mərhələsinə düşməklə bağlı fikirlərini öyrəniblər: “Biz qrup mərhələsi ilə bağlı zarafat edirikmi? Ancaq açığı, uzağa boylanmırıq. Hətta “Olimpik”lə oyundan öncə növbəti rəqibimizin kim olacağına baxmırdıq”.

Saşekonun sözlərinə görə, komandamız üzərində qələbədən sonra onları hələ mükafatlandırmayıblar: “Təsisçilər və sponsorlar artıq ilk mərhələyə reaksiya verdilər. Düzdür, hələ kimi bunu sözdə ediblər. Təbriklər oldu və növbəti oyunlarda uğurlar arzuladılar”.