Braziliya yığması ilk qələbəsini qazandı
14.07.2011 - 09:53
Argentinada keçirilən Amerika kubokunda qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, B qrupunda keçirilən sonuncu – 3-cü tur məhsuldarlığı ilə seçilib. İlk 2 matçda qələbəyə həsrət qalan Braziliya Ekvadoru 4:2 hesabı ilə yenərək qrup birincisi olub. Sambaçılar Pato və Neymarın dublları sayəsində seviniblər. Venesuela və Paraqvay arasındakı 3:3 hesablı heç-heçə isə hər 2 komandanı ¼ finala çıxarıb.
Bu matçlardan sonra 1/4 final cütlərinin hamısına aydınlıq gəlib. İyulun 16-da Kolumbiya – Peru, Argentina – Uruqvay, iyulun 17-də isə Braziliya – Paraqvay, Çili – Venesuela cütləri üz-üzə gələcək.
Braziliya | 3 | 1 | 2 | 0 | 6-4 | +2 | 5 |
|---|---|---|---|---|---|---|---|
Venesuela | 3 | 1 | 2 | 0 | 4-3 | +1 | 5 |
Paraqvay | 3 | 0 | 3 | 0 | 5-5 | 0 | 3 |
Ekvador | 3 | 0 | 1 | 2 | 2-5 | −3 | 1 |
Bu matçlardan sonra 1/4 final cütlərinin hamısına aydınlıq gəlib. İyulun 16-da Kolumbiya – Peru, Argentina – Uruqvay, iyulun 17-də isə Braziliya – Paraqvay, Çili – Venesuela cütləri üz-üzə gələcək.
0
0