Fariz Nəcəfov: Gələn il turnirin miqyasını daha da genişləndirəcəyik
28.07.2011 - 13:16
“Beynəlxalq turniri hər il keçirməyi nəzərdə tutmuşuq. Sadəcə, bu il ilk dəfə təşkil etdiyimizdən və vaxt azlığı üzündən yarışa ölkə xaricindən cəmi 2 klub dəvət etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
İyulun 30-da və 31-də Qəbələdə “Qəbələ” klubunun təşkilatçılığı və “Jalə”nin sponsorluğu ilə beynəlxalq turnir keçiriləcək. Meydan sahibləri ilə yanaşı, “Kəpəz”, eləcə də Gürcüstanın iki klubu – “Spartak” və “Dila” da yarışda gücünü sınayacaq.
Nəcəfov bildirib ki, Azərbaycan çempionatının startına az vaxt qaldığı üçün yarışı daha geniş miqyasda təşkil edə bilməyiblər: “Çempionatın başlamasına cəmi bir həftə qalıb. Belə olan təqdirdə daha çox oyun keçirmək mümkün deyil. Ona görə də bu dəfə belə alındı”.
Klub rəsmisi turnirin növbəti illərdə daha fərqli şəkildə təşkil ediləcəyini söyləyib: “Qarşıdakı illərdə turniri elə vaxta salacağıq ki, daha çox oyun keçirmək mümkün olsun. Eyni zamanda, iştirakçı komandaların təmsil etdikləri ölkələrin miqyasını da böyütmək niyyətindəyik. Bu dəfə hələlik komandaların qalmaq, yemək xərclərini üzərimizə götürmüşük”.
Oyunların harada keçiriləcəyinə gəldikdə, klub rəsmisi bütün matçların təbii örtüklü meydançada keçiriləcəyini bildirib: “Məşq meydançamız var, bütün standartlara cavab verir. Ot örtüyü təbiidir. Əsas meydançamız hələ tam hazır deyil. Həmin meydança çempionat oyununa hazırlanacaq”.

0
0