Milli komandamız da arzuolunmaz rəqib olarmış
28.07.2011 - 13:35
2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində səbətlərin tərkibinin açıqlanması ilə dünya mətbuatında müzakirələr böyüməyə başlayıb. Apasport.az saytının məlumatına görə, bizlərə daha yaxın olan Rusiya və Ukrayna mətbuatında da bununla bağlı müzakirələr gedir.
Təbii ki, bu zaman diqqətimizi həmin ölkələrin milli komandaları üçün V səbətdən kimi seçmələrinə yönəltmişik. Məlum olduğu kimi, həmin səbətdə Azərbaycan milli komandası yer alıb.
Ukraynalı həmkarlarımız V səbətdən Farer adalarını çıxarmaqla, milli komandamızın ondan güclü olduğunu göstərirlər. Onlar üçün arzuolunan seçim Ukraynanın Norveç, Çernoqoriya, Albaniya, Farer adaları və San-Marino yığmaları bir qrupda yer almağıdır. Ukraynalılar üçün ən arzuolunmaz variant yığmalarının İspaniya, Fransa, Rumıniya, Makedoniya və Uelsə rəqib olmağıdır.
Elə rusiyalı həmkarımız da bizim səbətdən Farer adalarını seçib. Bu ölkənin məşhur “Sport-Ekspress” qəzetinin son sayında gedən yazıda Rusiya üçün optimal variant Yunanıstan, Macarıstan, Farer adaları və San-Marino milliləri ilə bir qrupa düşməyi göstərilib.
Ancaq şimal qonşularımız üçün “ölüm qrupu” Almaniya, Belçika, Rumıniya, Finlandiya və Uelslə bir yerdə olmaq sayılır: “V səbətdən bizim üçün arzuolunmaz Finlandiyadır. Hər halda, bu yığma Azərbaycan və Farer adaları ilə müqayisədə daha ciddi rəqib sayılır”.

0
0