Opara “Xəzər Lənkəran”dan ayrılmayıbmış
28.07.2011 - 15:15
“Xəzər Lənkəran” hücumçusu Emeka Opara ilə yollarını ayırmayıb. Apasport.az saytının məlumatına görə, nigeriyalı futbolçu Lənkəranda hazırlıq keçən komandasından fərqli Bakıda olsa da, yaxın günlərdə “ağ-yaşıllar”ın düşərgəsinə yollanmağı planlaşdırır.
Opara Avropa Liqasının ikinci təsnifat mərhələsində “Makkabi”yə qarşı keçirilən cavab oyununda qol epizodlarından yararlanmadığına görə qınanır. Amma rəhbərlik bu səhvlərdən sonra Oparanın müqaviləsini pozmamağı qərara alıb. Hücumçunun klubla hələ 1 illik müqaviləsi qüvvədədir.

0
0