“Rəvan”ın futbolçusu Estoniya yığmasında
30.07.2011 - 10:11
“Rəvan”ın futbolçusu Estoniya yığmasında
Estoniya milli komandasının Türkiyə yığması ilə yoldaşlıq görüşünə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, karyerasını Azərbaycanda davam etdirən bir sıra futbolçular avqustun 10-da İstanbulda meydana çıxacaqlar.

Belə ki, yığmanın baş məşqçisi Tarmo Ryuytlu Premyer Liqamızın debütantı olan "Rəvan"ın yeni transferi, təcrübəli qapıçı Artur Kotenkoya dəvət göndərib. 2008-ci ilin qışından ölkəmizdə oynayan sol cinah oyunçusu Dmitri Kruqlov, onun "Neftçi"də komanda yoldaşı olduğu müdafiəçilər Taavi Ryahnla Andrey Stepanov, habelə "Xəzər-Lənkəran"ın sabiq sağ cinah müdafiəçisi Tixon Şişov 20 nəfərlik heyətdə yer alıb.