Ronaldonun sevgilisi qarışıqlıq yaradıb
02.08.2011 - 10:53
Ronaldonun sevgilisi qarışıqlıq yaradıb
Azərbaycan yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində yer aldığı F qrupu maraqlı müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldonun xanımı İrina Şeykin kimə azarkeşlik edəcəyi sual doğurur.

Məlum olduğu kimi, Portuqaliya və Rusiya yığmaları millimizin F qrupunda rəqibləridir. Əsl soyadı Şeyxislamova olan İrina isə rusiyalı modelyerdir və onların bir oğlan övladı var.

Göründüyü kimi, Rusiya yığması ilə rəqabət portuqaliyalı ulduzun şəxsi həyatına qarışıqlıq yaradıb. Püşkdən sonra çoxlarını İrinanın hansı komandaya azarkeşlik edəcəyi maraqlandırır. Model buna bir cümlə ilə cavab verib: “Ostərdim ki, Portuqaliya ilə Rusiya dünya çempionatına birgə çıxsınlar”.