Qurban Qurbanov: Bütün 90 dəqiqə üstün futbol oynadıq
04.08.2011 - 22:41
"Ağır oyun oldu. Bütün 90 dəqiqə üstün futbol oynadıq. Sonadək döyüşsək də, təəssüf ki, mübarizəni dayandırdıq". Apasport.az saytının məlumatına görə, bu sözləri "Brügge" ilə oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov daha sonra komandaya dəstək görə azarkeşlərə də təşəkkürünü bildirib: "Bu gün də bizi dəstəklədikləri üçün azrkeşlərə minnətdaram. Onlar sonadək bizim yanımızda oldular.
Lakin artıq bu oyunu unudub komandanı çempionata kökləməliyəm. Futbolçularım ustalıqlarını artırmalı və təcrübə qazanmalıdırlar. Vaxtımız az da olsa, artıq çempionat oyunlarına tam hazır olmalıyıq.
Biz yenə də legioner haqda düşünmürük. Əsasən yerli oyunçulara üstünlük verəcəyik. Çünki legionerlərlə uğur qazana biləcəyimizə söz verə bilmərəm.
Bugünkü rəqibə gəldikdə isə onlar həqiqətən də çox güclü və təcrübəli idilər. Hesabı qoruyub saxlaya bildilər. Belçikadakı oyunda Rəşadın olmaması komandadakı balansı pozmuşdu. Yenə də ona çox sağ ol deyirəm".

0
0