Bəxtiyar Soltanovun oxşar qolları
05.08.2011 - 11:02
“Qarabağ”ın futbolçusu Bəxtiyar Soltanov avrokuboklarda 2-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi hər 2 qoluna bu yay keçdiyi komandasında imza atıb.
22 yaşlı futbolçu komandasının heyətində debüt matçında fərqlənə bilmişdi ki, bu, “Qarabağ”ın cari turnirdə ilk görüşü idi. Söhbət Avroliqanın I təsnifat mərhələsində “Banqa”ya (Litva) iyunun 30-da səfərdə 4:0 hesabı ilə qalib gəldiyimiz oyundan gedir. Futbolçu bu dəfə komandasının turnirdə sonuncu – “Brügge” (Belçika) ilə Bakıdakı görüşdə qələbə topunun müəllifi oldu – 1:0.
Soltanovun qollarında oxşar məqamlar da var. Maraqlıdır ki, futbolçu hər 2 dəfə ikinci hissədə meydana çıxdıqdan az sonra qola imza atır, bunu bir toxunuşla edir, oyunda son nöqtəni qoyur və komandası qalib gəlir. Düzdür, ilk halda ağdamlılar mərhələ adladısa, bu dəfə avrokuboklarda mübarizəni dayandırdı.
Daha bir maraqlı məqam odur ki, Bəxtiyar isveçrəli FİFA hakimi Saşa Keverin idarə etdiyi oyunlarda fərqlənə bilir. Düzdür, 2 il öncə “Bakı”nın heyətində Çempionlar Liqasının II təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə oyunun (2:2) sonunda Kever tərəfindən sarı vərəqə alsa da, ümumilikdə, görüşü yaxşı keçirmişdi. O, komandasının ilk qolunda məhsuldar ötürmə etmişdi. Soltanov həmin vaxt “Bakı”da komanda yoldaşı olduğu Georgi Adamiya ilə indi “Qarabağ”da çiyin-çiyə oynayır və Avroliqada qol vurduğu hər 2 matçda gürcü həmkarını əvəzləyərək, qola imza atıb.
Bəxtiyar qollarının sayını 2-yə çatdırmaqla, avrokubokların cari mövsümdə bombardirlər qrupunda yer aldı. Lider qrupunda yer alan digər futbolçular da “Qarabağ”ın üzvləridir və bu qədər fərqləniblər.
Bunlar Rəşad Sadiqov, Vüqar Nadirov və Rauf Əliyevdir. Ağdam təmsilçisi cari mövsümdə 10 qol vurub ki, qalan 2 qol albaniyalı müdafiəçilər Admir Teli ilə Ansi Aqollinin hesabındadır. Göründüyü kimi, Soltanov komandasının bu mövsüm Avroliqada yubiley qolunun da müəllifi oldu.
Qeyd edək ki, Bəxtiyar “Qarabağ”adək yalnız yetirməsi olduğu “Bakı”da oynayıb.
Mehman SÜLEYMANOV

0
0