“Rəvan” kamerunlu hücumçu ilə anlaşdı
05.08.2011 - 11:09
Heyətini gücləndirməyə çalışan “Rəvan” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Bu haqda apasport.az saytına komandanın idman-direktoru Vladislav Qədirov verib.
O bildirib ki, kamerunlu Bertran Benik Takvi Bonq ilə 2 il müddətini əhatə edən müqavilə imzalanıb.
Transfer çalışmalarını davam etdirən debütantın heyətinə müdafiəçi cəlb edəcəyi də gündəmdədir: “Hazırda bu istiqamətdə danışıqlar gedir. Bir müdafiəçi baxışa gələcək. 2-3 variant olduğuna görə, onun hansı ölkədən gələcəyini deyə bilmərəm. Avqustun 31-dək vaxtımız var”.
1987-ci ildə Kamerunda anadan olan Bonq futbolçu karyerasına vətənində başlayıb. “Kanon Yaounde” klubunda çıxış edən Bonq daha sonra Misirin “Vadi Deqla”ya transfer olunub. Hücumçu 2 il burada top qovduqdan sonra 2009-cu ildə Omonun “Saham” klubuna keçib.
11 oyunda meydana çıxan Bonq 2 qola imza atıb. Onun növbəti səfəri Qətərə olub. O, bu ölkənin “Əl-Şamal” klubuna üz tutub. 20 oyuna 7 qol vuran futbolçu cinah yarımmüdafiəçisi kimi də çıxış etmək qabiliyyətinə malikdir.

0
0