Yenə həmin qapı, yenə 1:0
05.08.2011 - 13:16
Azərbaycan və Belçika klublarının avrokubok görüşlərindəki seriya davam edir. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz “qırmızı iblislər”lə qitə miqyaslı turnirdə ev oyunlarında eyni hesabla qalib gəlirlər.
Belə ki, “Neftçi” 2005-ci ildə Çempionlar Liqasında “Anderlext”i, 2008-ci ildə İntertoto kubokunda “Jerminal”ı, “Qarabağ” isə dünən Avroliqada “Brügge”ni məğlub etdi - 1:0.
Düzdür, Belçikanın ən titullu klubları olan “Anderlext” və “Brügge”yə səfərdə böyük hesabla (müvafiq olaraq 0:5 və 1:4) uduzduğumuzdan, Bakıdakı qələbə mərhələ keçməyimizə kömək etmədi. Ancaq “Neftçi” “Jerminal”a səfərdə yenilmədiyindən (1:1), evdə 1:0 hesabı ilə növbəti mərhələyə yüksəlmişdi.
Belçikalılar üzərində həmin qələbələrdə 3 futbolçumuz iştirak edib. Bunlar müdafiəçi Rəşad Sadıqov, yarımmüdafiəçi Rəşad Sadiqov, gürcü hücumçu Georgi Adamiyadır.
Onlar “Qarabağ”adək “Neftçi”də oynayıblar və həmin 1:0 hesablı qələbələrdə böyük zəhmətləri olsa da, qol vura bilməyiblər. Həmin futbolçuların əvəzinə bunu edənlər isə maraqlı ənənəni davam etdirirlər. Bu da qolun eyni qapıya vurulmasından gedir.
Yəni, moldovalı yarımmüdafiəçi Vadim Borets “Anderlext” (penaltidən), müdafiəçi Elnur Allahverdiyev “Jerminal” və hücumçu Bəxtiyar Soltanov “Brügge” ilə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə topu eyni qapıdan keçiriblər.
Mehman SÜLEYMANOV

0
0