Meydan sahibləri qələbə ilə başladı - YENİLƏNİB
06.08.2011 - 20:51
Meydan sahibləri qələbə ilə başladı - YENİLƏNİB
Azərbaycan Premyer Liqasında 2011/12 mövsümü start götürüb. Apasport.az saytının məlumatına görə, sayca yubiley – XX milli çempionatın I turunun ilk oyun günündə 3 görüş keçirilib ki, həmin görüşlər meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa Gəncədə baş tutan “Kəpəz” – “Rəvan” matçı ilə başlayıb ki, azarkeşlər bu qarşılaşmada 5 qolun şahidi olublar. Çempionatın debütantı 2 dəfə hesabda öndə olsalar da, son dəqiqələrdə qələbəni əldən veriblər.

Digər debütant “Sumqayıt Şəhər” “Xəzər Lənkəran”ın qonağı olub. “Ağ-yaşıllar” ilk yarıda vurduğu qollarla fasiləyə 2 top üstünlüyü ilə yollanıblar. Amma sumqayıtlılar fasilədən sonra buraxılan qollardan birinin əvəzini çıxsalar da, məğlibiyyətdən qaza bilməyiblər.

“İnter” isə öz meydanında “Turan”ı qəbul edib. “Bankirlər” ikinci yarıda vurduqları yeganə qol sayəsində, çempionata 3 xalla başlayıblar.

6 avqust

"Xəzər Lənkəran" - "Sumqayıt Şəhər" - 2:1
QOLLAR: Emeka Opara, 33; Julius Vobay, 42 - Eşqin Quliyev, 85
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

"İnter" - "Turan" - 1:0
QOL: Elnur Abdulov, 54
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev
Bakı. "Şəfa" stadionu

"Kəpəz" - "Rəvan" - 3:2
QOLLAR: Junivan Suares, 64; Ceyhun Sultanov, 87, 88 - Con Pelu, 38; Miloş Zeçeviç, 78(p.)
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov
Gəncə. Şəhər stadionu

7 avqust

18:00. "Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası

20:00. "Simurq" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu