Əsgər Abdullayev: Fiziki hazırlıq istənilən səviyyədə deyildi
06.08.2011 - 22:19
"İlk öncə xalqımızı Ramazan ayı münasibəti ilə təbrik edirəm. Bu, çempionatın ilk oyunu idi. Futbolçularımız gəncdir, xətlər arası əlaqə və fiziki hazırlıq istənilən səviyyədə deyildi". Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Abdullayev daha sonra oyunla bağlı fikirlərini belə izah edib: "Süni meydançada oynamaq da bizə əlavə çətinlik yaratdı. Qarşıdakı turlarda daha yaxşı oynamağa çalışacağıq. Qapıçımız təcrübəsizdir, bir-iki futbolçu da transfer etməliyik. Bu məsələ yaxın günlərdə öz həllini tapacaq”.
Qeyd edək ki, “Turan” “İnter”lə səfər oyununda 0:1 hesabı ilə uduzub.

0
0