Mirça Rednik: Heyətə yeni futbolçular cəlb edəcəyik
06.08.2011 - 22:33
Mirça Rednik:  Heyətə yeni futbolçular cəlb edəcəyik
“İlk hissədə oyunumuz yaxşı alındı. İkinci hissədə isə komanda bir az arxayınlaşdı”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Cənub təmsilçisi Premyer Liqanın I turunda debütant “Sumqayıt Şəhər”i qəbul etdi.

2:1 hesablı qələbə qazanan “ağ-yaşıllar”ın rumın çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, heyətlərində çatışmazlığımız var: “Bu oyunda qalib gəlməli idik, buna nail olduq. Hələ ki, bir hücumçumuz var. Bu yaxınlarda bir neçə futbolçunu heyətimizə cəlb edəcəyik”.